QARABAĞ

24 Oktyabr

İlin sonunadək daha 5 min ha ərazi minalardan təmizlənəcək

Bu günə qədər ümumilikdə 64 min hektar ərazi minalardan təmizlənib.

Fins.az xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. QHT rəhbəri bildirib ki, ilin sonuna qədər daha 5 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.

 

Qeyd edilib ki, Azərbaycanda ümumilikdə 3342 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib. Onların 574 nəfəri həlak olub, 2637 nəfər yaralanıb.

10 noyabr 2020-ci ildən bu günə qədər isə minalardan və PHS-dan 266 nəfər zǝrǝr çəkib. Onlardan 35-i mülki şəxs olmaqla, 45 nəfər həlak olub, 221 nəfər, o cümlədən, 89 mülki şəxs yaralanıb.

H. Səfixanov onu da bildirib ki, Azərbaycana ən son texnologiya minaaxtaran detektorlar gətirilib, onlar sürpriz və çəpinə basdırılmış minaları aşkar edə bilir.