QARABAĞ

15 Sentyabr

KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır

“KTMT Ermənistana sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır”.

“Fins.az” “Kommersant”a istinadən xəbər verir ki, bunu KTMT Qərargahının rəhbəri Anatoliy Sidorov deyib.

Onun sözlərinə görə, KTMT Ermənistan və Azərbaycan arasında gərginliyin dinc yolla həll olunacağına ümid edir: “İki ölkə sərhədində KTMT qüvvələrindən istifadə olunmasından söhbət getmir”.

Sidorov, həmçinin bildirib ki, KTMT missiyası vəziyyəti qiymətləndirmək üçün bu gün İrəvana gedəcək.