QARABAĞ

14 Sentyabr

Makron İlham Əliyevə zəng etdi

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Fins.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib.

İlham Əliyev bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidenti Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.