Sentyabrın 12-13 gecə saatlarında baş verənlər Ermənistanın ardıcıl xarakter daşıyan avantüraları və təxribatlarının nəticəsidir. Paşinyan Vladivostokdakı çıxışında faktiki olaraq bu avantüranı anons etmişdi.
Fins.az xəbər verir ki, Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə qoyulan vəzifələri yerinə yetirdi.
Azərbaycan Ordusunun mövqelərini hədəf götürən Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə ildə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb. Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub. Azərbaycan ordusu ərazidə bütün əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət edir. İlk növbədə Ermənistanın Azərbaycanla sərhəddə qurmaqda davam etdiyi və ölkəmizə qarşı təhdid yarada biləcək hərbi infrastruktur darmadağın edildi. Onun bərpasına bundan sonra ən azı 4-5 il vaxt lazımdır. Əməliyyat yüksək peşəkarlıqla həyata keçirildi, əsas hədəflərə nail olundu. Təxribata cavab nəticəsində Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur. Azərbaycan tərəfi də azsaylı itki verib. Lakin şəhidlərimizin qisası artıqlaması ilə alınıb. Ermənistan hərbi avantüraların, təxribatların nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır.
Çünki cavab kəskin olacaq və daha böyük itkilərə məruz qalacaq.
© APA