Xarici faktorlar hesabına formalaşan qiymət artımları Azərbaycana da sirayət edib.
"Fins.az" xəbər verir ki ,bunu jurnalistlərə açıqlamasında Maliyyə Naziri Samir Şərifov deyib.
O bildirib ki, enerji daşıyıcılarının qiymətlərinin artması nəticə etibarilə ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxardı.Taxılın buğda qiymətlərinin artımı müşahidə olunur
Nazir qiymət artımlarının ölkəmizə təsirinə də toxunaraq"Digər tərəfdən Rusiya ilə Ukrayna arasında olan hərbi münaqişə şübhəsiz ki,müəyyən nəqliyyat logistika problemlərini gərginləşdirib.Nəzərə alsaq ki bu iki ölkə dünyanın aparıcı taxıl istehsal eçısı və təhcizatçılarıdır.Heç şübhəsiz ki bu qiymət artımına mənfi təsir göstərir.Bununla yanaşı xarici faktorlar hesabına formalaşan qiymət artımları Azərbaycana da siraət"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva