"Qazprombank"ın keçmiş vitse-prezidenti Vladislav Avayev, ilkin məlumata görə, həyat yoldaşı və uşağını yaşayış binasında qətlə yetirib.
“Fins.az" “TASS”a istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarından bildirilib.
İlkin versiyaya görə, Avayev həyat yoldaşını və qızını öldürərək intihar edib. Mənbədən bildirilib ki, hadisəyə səbəb məişət münaqişəsi ola bilər.
Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanovanın “TASS” a verdiyi məlumata görə, meyitləri ailənin qohumu aşkar edib.
"İstintaq baş verənlərlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Hazırda prioritet versiyaya görə, kişi arvadını və azyaşlı qızını qətlə yetirib, sonra isə özünü güllələyib", - o deyib.