MARKETİNQ

03 Aprel

"Apple iOS 18 ilə iPhone" istifadəçilərini üzəcək

iOS 18 və iPadOS 18 yeniləməsi son illərdə buraxılan ən böyük paket kimi görünür. Süni intellektə əsaslanan bir yeniləmə hazırlayan Apple-ın hansı modelləri yeniləməyəcəyi də məlum olub. Buna uyğun olaraq, üç məşhur iPad-in iPadOS 18 almayacağı iddia edildi.

Fins.az xəbər verir ki, iPad (6-cı nəsil), iPad Pro 12.9 (2-ci nəsil) və iPad Pro 10.5 iPadOS 18 yeniləməsini almayacaq. Bu modellərin hamısı Apple A10X Fusion çipi ilə təchiz edilib və onların aparatları iPadOS 18 üçün kifayət etməyə bilər.

Onu da qeyd edək ki, 6-cı nəsil iPad A10 Fusion çipi ilə təchiz edilib. Bu, modelin yeniləmə almama ehtimalını artırır.

iPhone tərəfində inkişaflar daha müsbətdir. Çoxsaylı yayılan məlumatlara görə, iPhone X R və daha yuxarı modellərin iOS 18 dəstəyi alacağı gözlənilir. iPhone SE-nin (2020) bu yeniləmə proqramına daxil edilməsi də mümkün görünür.

Günel Məlikzadə
Fins.az