MARKETİNQ

01 Aprel

Maskdan qorxulu açıqlama

Süni intellektin yaratdığı risklərlə bağlı narahatlıqlar texnologiya dünyasında müzakirə mövzusu olmaqda davam edir. Elon Musk hesab edir ki, süni intellektin faydaları onun risklərindən üstündür. Bir çox ekspert süni intellektin nə qədər riskli ola biləcəyi ilə bağlı mübahisə edir.

Fins.az xəbər verir ki, bu ayın əvvəlində keçirilən konfransda çıxış edən Elon Mask qabaqcıl süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə yaratması ehtimalının 20 faiz olduğunu təxmin etdi. Bununla belə, süni intellekt üzrə tədqiqatçı Roman Yampolskiy Muskın riskləri lazımınca qiymətləndirmədiyini söylədi.

Yampolskiy iddia edir ki, süni intellektin “apokalipsis ehtimalı” Maskın proqnozlaşdırdığından qat-qat yüksəkdir. O, bu riski demək olar ki, 100 faiz kimi qiymətləndirir. Yampolskiyə görə, bunun səbəbi super-ağıllı maşınların insanlar tərəfindən idarə oluna bilməyəcəyi yerə gəlib çatmasıdır.

O, süni intellektə nəzarət edə bilmədiyimiz üçün onun proqnozlaşdıra bilməyəcəyimiz və ya qarşısını ala bilməyəcəyimiz şəkildə bəşəriyyətə zərər verə biləcəyini söylədi. Digər ekspertlər də oxşar narahatlıqları bölüşdülər.

Günel Məlikzadə
Fins.az