MARKETİNQ

28 Mart

Polşadan Amazon-a cərimə

Polşa administrasiyası Amazon haqqında böyük bir qərar verdi. Şirkətin ölkədəki müştəriləri çaşdırmağa çalışdığına qərar verən rəhbərlik şirkəti təqribən 8 milyon dollar dəyərində təzminat cəzasına məhkum edib. Bu kontekstdə 2021-ci ildən bəri Amazon haqqında çoxlu şikayətlərin olduğu bilinirdi.

Fins.az xəbər verir ki, bu yaxınlarda məsələ ilə bağlı tədbir görən Polşa ədliyyəsi şirkətin satış etikasını pozaraq müştəri sifarişlərini ləğv etdiyi qənaətinə gəlib. Hətta bu sifarişlərin əhəmiyyətli hissəsinin ödənildiyi bildirilir. Müştərilər ödədikləri sifarişlərin birdən-birə ləğv olunduğunu görəndə bu vəziyyətə üsyan edirlər. 

Mövzu ilə bağlı rəsmi açıqlamada Amazonun satış prosesinin detalları ilə bağlı kifayət qədər şəffaf olmadığı və istifadəçiləri yanıltmağa çalışdığı iddia edildi. Alqı-satqı müqaviləsinin ən mühüm bəndlərinin oxunması çətin olan hissələrə yerləşdirildiyi deyilsə də, bu bəndlərin qara fonda yerləşdirilməsi də şübhəli vəziyyət kimi qiymətləndirilib.

Polşa məhkəməsi qara fon seçiminin şüurlu bir hərəkət ola biləcəyini təklif etsə də, müştərilərə satın alma prosesi haqqında daha aydın məlumat verilməli olduğunu müdafiə etdi. Alış-verişi ləğv edilən müştərilərin günlər sonra pullarını geri ala bildiyi və müvafiq məhsulun qiymətinin əvvəlki ilə müqayisədə artdığı da bildirilir.

Bu vəziyyətin Amazon-un ölkədəki nüfuzunu nəzərəçarpacaq dərəcədə sarsıtması gözlənilsə də, məsələ ilə bağlı başqa cəzanın tətbiq edilib-edilməyəcəyi hələlik dəqiq deyil. Şirkət rəhbərliyinin bu ağır qərara necə əməl edəcəyi artıq maraq doğurur.

Günel Məlikzadə
Fins.az