MARKETİNQ

27 Mart

Vodafone-nun qənaət planı

Vodafone Almaniya tərəfindən edilən şərhdə, şirkətin daha səmərəli olmaq üçün transformasiya proqramını davam etdirdiyi və qarşıdakı iki ildə təxminən 400 milyon avro qənaət etməyi hədəflədiyi ifadə edildi.

Fins.az xəbər verir ki,  məlumatda "Qənaət və təxminən 2 min iş yerinin dəyişdirilməsi hesabına kadr xərcləri azalacaq. Bundan əlavə, gələcəkdə avtomatlaşdırmanın artırılması hesabına əl işləri yerinə yetiriləcək", -deyilib.

Qeyd edək ki, Vodafone-un Almaniyada təxminən 15 min işçisi var.

Günel Məlikzadə
Fins.az