MARKETİNQ

18 Mart

"Apple" ABŞ-ın radarındadır

Texnologiya dünyasının aparıcı şirkətlərindən biri olan Apple son vaxtlar bəzi ölkələrlə problem yaşayır. Şirkət Avropa Birliyində bir sıra antiinhisarçılıq və şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı araşdırmalardan sonra ABŞ Ədliyyə Nazirliyinin radarındadır. Verilən məlumata görə, Apple çətin bir məhkəmə prosesi ilə üzləşib.

Fins.az xəbər verir ki, Avropa Birliyinin rəqabət qanunlarına əməl etməyə çalışan Apple  Lightning konnektoru ilə vidalaşmalı, USB-C kitabını açmalı və istifadəçilərinə üçüncü tərəf proqram mağazalarından proqramlar yükləməyə icazə verməli oldu. Son inkişaflara görə şirkət vətəni ABŞ ilə də üz-üzə gələcək.

Texnologiya dünyasının önəmli adlarından olan Mark Qurmanın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Avropa Birliyinin ardınca ABŞ Ədliyyə Nazirliyi də Apple-a qarşı antiinhisar iddiası açmağa hazırlaşır. Nazirlik iddia edir ki, Apple rəqabəti məhdudlaşdırmaqla digər kiçik şirkətləri bloklayır.

Verilən məlumata görə, Apple bu antiinhisar işinin əsassız olduğunu düşünür və məhkəmədə qalib gələcəyinə inanır. Digər tərəfdən, müxtəlif mənbələr bu işin şirkətin satışlarına təsir etməyəcəyini düşünür. Bu kontekstdə markanın şirkət imicini qoruması böyük əhəmiyyət kəsb edir.

Görünür, Apple uzun bir məhkəmə prosesinə hazırlaşır. 

Günel Məlikzadə
Fins.az