MARKETİNQ

13 Mart

Süni intellekt bu suallara cavab verməyəcək

Generativ süni intellektin bütün dünyada seçkilərlə bağlı cəmiyyəti çaşdıra biləcəyi ilə bağlı narahatlıq artır.

Fins.az xəbər verir ki, Google-un süni intellekt işlərinin ən son bəhrəsi olan Gemini, qlobal miqyasda seçkilərin keçirildiyi bütün ölkələrdə seçki ilə bağlı bütün suallara məhdud cavablar verir. Google, seçkilərin keçirildiyi bütün ölkələrdə süni intellektli chatbotun bu cür suallara cavablarını məhdudlaşdırdıqlarını etiraf etdi.

Google-un süni intellekt dəstəkli söhbət botu Gemini ilə danışarkən, seçkilərlə bağlı suallar soruşulduğunda cavablar çox sadə və mövzunu bağlamaq məqsədi daşıyırdı. Məsələ ilə bağlı Google qlobal miqyasda seçkilərin keçirildiyi bütün ölkələrdə bu kimi sualların cavabını məhdudlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, bu il keçiriləcək çoxlu seçkilər var. Hindistan, ABŞ, İndoneziya, Türkiyə, Ukrayna, Cənubi Afrika və Pakistan kimi ölkələrdə keçiriləcək seçkilərdə planet əhalisinin dörddə biri seçkiyə gedəcək.

Günel Məlikzadə
Fins.az