MARKETİNQ

12 Mart

Oskarda Apple və Netflix-in \"üzü gülməyib\"

Ötən gün 2024-cü il Akademiya Mükafatları baş tutub. Bir çox rəqəmsal yayım nəhənginin istehsalı yarışarkən, Netflix və Apple-ın Oskardan əliboş qayıtması diqqət çəkdi. Bu da Hollivud dünyasının rəqəmsal platformaları qəbul etməkdə tərəddüd etdiyini ortaya qoydu.

Fins.az xəbər verir ki, Netflix filmlərinə görə 19 nominasiya alsa da, gecəni yalnız bir qalibiyyətlə başa vurub. Ues Andersonun "The Wonderful Story of Henry Sugar" adlı canlı filmi " Ən yaxşı qısametrajlı film" nominasiyasında Oskar almağa haqq qazanıb.

Bredli Kuperin məşhur filmi Maestro, yeddi nominasiyadan heç birini qazana bilməyərək Netflix-in itkilərinə liderlik etdi. Oxşar ssenarilər Rustin, Nyad və Society of the Snow kimi istehsallarda da baş verdi.

Bununla belə, gecənin açıq-aşkar məğlubu Apple TV+-nın xüsusi istehsalları oldu. Apple-ın heç bir layihəsi Oskar qazana bilməyib. Martin Skorsezenin “ Çiçək Ayın qatilləri ” və Ridli Skottun “Napoleon” filmlərinə 400 milyon dollardan çox vəsait ayrılsa da , heç bir mükafat alınmayıb.

Texnologiya nəhəngi 2022-ci ildə CODA ilə ən yaxşı film mükafatını aldı. Bu o deməkdir ki, Apple iki ildir ki, Oskar qazanmır.

Günel Məlikzadə
Fins.az