MARKETİNQ

07 Mart

"VT Company": Məqalələrinizi peşəkarlara həvalə edin!

Çox sayda maraqlı və müxtəlif layihələrə imza atan “VT Company” şirkəti məhsulunuzun ictimaiyyətə və potensial müştərilərə daha səviyyəli və göstərişli şəkildə təqdim olunması üçün ən vacib hesab olunan media vasitəsiylə geniş auditoriyaya təqdim olunmasında sadiq dostdur.

İctimai və ya özəl sektorlara aid quruluşların, müəyyən məhsulun bir imicə sahib olmağı ücün onun tanıtım siyasəti; məhsulun bu quruluşda yönləndirilməsi. Məhsul haqda insan qrupları və qurumlar arasında məlumat çatdırılması və bu məlumatın məqsədə uyğun şəkildə uğurla sonlandırılması strategiyasıdır. PR hər bir şirkət, qurum, məhsulun imicinə cavabdehdir.

Fins.az xəbər verir ki, şirkətin missiyası hər bir müştərinin zövqünə və istəyinə uyğun özünəməxsus şəkildə PR məqalələrin tərtib olunmasıdır.

PR (Public Relations) nədir? PR işləri nələrdir və necə edilir?

PR (Public Relations) İctimaiyyətlə Əlaqələr deməkdir. PR (Public Relations) hədəf auditoriya üçün marketinq strategiyasıdır. Bir markanın və ya bir insanın xalq qarşısında nüfusunun qorunması, dəstəklənməsi, şüur və düşüncə səviyyəsinin artırılması və davranışlarına təsir göstərməsi nəticəsində yaradılmışdır.

PR niyə lazımdır?

Markamızın düzgün şəkildə düzgün insanlara tanıdılması markamızın gələcəyi üçün böyük önəm daşıyır. Firmalar hər zaman öz markaları haqqında müsbət şeylər söyləyir. PR işləri bu müsbət fikirlərin 3-cü şəxslər tərəfindən deyilməsi üçün vardır deyə bilərik. Belə rəylər eşidildikdə həm markanı daha güvənilər edəcək, həm də nəyi yaxşı edib nəyi daha yaxşı edə biləcəyini göstərəcəkdir.

Effektiv PR işinin 6 addımda necə aparmaq olar:

1. PR işlərində hədəflərinizi seçin. Bu hədəfləri seçmək üçün özünüzə bəzi suallar verə bilərsiniz. Məsələn:

* PR işləri ilə nə əldə etmək istəyirsiniz?

* Büdcəniz nə qədərdir?

* Məhsulunuzun satışını artırmaq istəyirsiniz?

2. Hədəf auditoriyanızı müəyyənləşdirin. Məsələn, ailələri hədəfliyirsinizsə, onlarla bağlı mesaj verən kompaniya yaradın.

3. Doğru PR agentliyini seçin

4. Doğru platformanı seçin. Auditoriyanız harada daha çox vaxt keçirir? Facebook? YouTube? TV? Instagram? Hansında daha çox vaxt keçirirsə o platformanı seçmək daha məntiqli olar.

5. Mətbuat açıqlamanızı yaradın. Mətbuat açıqlaması zamanı elə bir hekayə yaratmaq lazımdır ki, insanların diqqətini cəlb edə bilsin. Məsələn, şirkətiniz bir mükafat qazandısa, “Ən yaxşı inşaat şirkəti mükafatını qazandıq” demək yerinə “hələ 6 aylıq bir şirkət olaraq, digər böyük inşaat şirkətlərindən fərqlənərək ən yaxşı inşaat şirkəti mükafatını qazandıq” demək daha çox diqqət cəlb edər.

6. Hekayənizi mətbuata yayın.

Marketinq və PR arasındakı fərqlər nələrdir?

Əslində çoxumuz düşünürük ki İctimaiyyətlə Əlaqələr (Public Relations) və Marketinq oxşar sahələrdir. Onların arasındaki fərqlər aşağıdakılardır:

1. Marketiqin əsas vəzifəsi satışları artırmaq və məhsullar barəsində istehlakçıya təklif mesajları ötürməkdir. İctimaiyyətlə əlaqələrin isə əsas vəzifəsi ictimaiyyətdə şirkət və markaya yönəlmiş pozitiv baxış açısı yaratmaqdır. Xüsusilə, bu nöqtədə ictimaiyyətlə əlaqələr və marka marketinqinin ciddi şəkildə paralel aparılması lazımdır.

2. Marketoloq məhsul və xidmətin hansı qiymətdən satılmalıdır? sualı üzərində düşünür. PR mütəxəssislər isə şirkətin qiymət strategiyası daxil olmaqla, bütün marketinq fəaliyyətin cəmiyyət üzərindəki təsirini araşdırır.

3. Məhsul marketinqdə təbliğ olunarkən, şirkət ictimaiyyətlə əlaqələrdə təşviq olunur. Marketoloq məhsulu və məhsul xəttini tanıtmaqla məşğuldur, PR mütəxəssisi isə bütün şirkətin adını və imicini təbliğ edir.

Bir sözlə, marketinq məhsulu, PR isə markasını satır.

Müraciətiniz və ətraflı məlumat üçün əlaqə telefonu:

(+994 55) 522 24 99