MARKETİNQ

07 Mart

Cənubi Koreyalı çip istehsalçıları "hack" edilib

Son məlumata görə, Cənubi Koreyanın bəzi çip şirkətləri Şimali Koreya hökumətinin özü tərəfindən təşkil edilən haker hücumuna məruz qalıb. Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) üzə çıxardığı hadisə ölkədə böyük şok yaradıb.

Fins.az xəbər verir ki, Şimali Koreyalı hakerlər iki ən yaxşı çip şirkətinin serverlərinə sızaraq bəzi kritik məlumatları oğurlamağa cəhd ediblər. Ölkənin bu məlumatlardan silah sənayesini inkişaf etdirmək üçün istifadə etməyi hədəflədiyi də şayiələr var. Bu hadisə iki qonşu ölkə arasında gərginliyi yenidən artırıb. 

Cənubi Koreya hökumətinin başçısı Yoon Suk Yeol məsələ ilə bağlı açıqlamasında bu kiberhücumun qəbuledilməz olduğunu və belə bir hadisənin təkrarlanmaması üçün bütün lazımi tədbirləri görəcəyini bildirib. Şimali Koreyanın gələn apreldə keçiriləcək seçkilərə müdaxilə edəcəyi də qorxuludur. Bununla belə, deyə bilərik ki, hazırda ölkənin texnoloji imkanları kifayət qədər qeyri-müəyyəndir.

NIS son açıqlamasında Şimali Koreyanın embarqolar səbəbindən çip idxal edə bilmədiyini, buna görə də Cənubi Koreya texnologiyalarını oğurlamağı və öz çiplərini istehsal etməyi planlaşdırdığını iddia edib. Məlumdur ki, yeni nəsil çiplər ballistik raketlər və rəqəmsal hədəfləmə sistemləri kimi hərbi texnikanın istehsalında istifadə olunur. Lakin haker hücumuna məruz qalan şirkətlərin adları paylaşılmasa da, hücum nəticəsində hər hansı məlumatın oğurlanıb-oğurlanmadığı açıqlanmayıb.

Günel Məlikzadə
Fins.az