MARKETİNQ

04 Mart

25 ilin əfsanəvi adı Apple-dan ayrılır

Apple-ın ən uzun müddət işləyən rəhbərlərindən biri texnologiya nəhəngində karyerasının sonuna yaxınlaşır. Yeni hesabata görə; iMac, iPhone, MacBook və AirPods kimi məhsullar üçün aparat mühəndisliyi sahəsində çalışan Dan Riccio təqaüdə çıxmağa hazırlaşır.

Fins.az xəbər verir ki, 25 ildən çox müddətdir “Apple” şirkətinin rəhbəri olan Dan Riccio sənayedəki bəzi adlara mühüm açıqlamalar verib. Məlumatlı mənbələr onun Apple-ın aparat bölməsində iyirmi ildən çox işlədikdən sonra təqaüdə çıxmağı planlaşdırdığını söylədi.

Təfərrüatlar hələ dəqiqləşmədiyi üçün rəsmi təqaüdə çıxma tarixi hələ müəyyən edilməyib. Bununla belə, Riccio 1998-ci ildə məhsul dizaynı üzrə lider kimi başlayan fəaliyyəti dövründə müxtəlif aparat liderlik rollarını icra etmişdir. Əvvəlcə iPad, sonra Apple-ın aparat mühəndisliyi bölmələrinin vitse-prezidenti oldu .

Günel Məlikzadə
Fins.az