MARKETİNQ

07 Fevral

Spotify-in cari abunəçi sayı və qazancı nə qədərdir? - HESABAT

Dünyanın ən böyük rəqəmsal musiqi və podcast platforması olan Spotify 2023-cü ilin dördüncü rübü üçün maliyyə vəziyyəti hesabatını dərc edib. Beləliklə, şirkətin istifadəçilərinin sayı və gəlirləri məlum olub.

Fins.az xəbər verir ki, son zamanlar abunə qiymətlərindəki artımla gündəmdə olan Spotify, 2023-cü ilin son rübünün məlumatlarına görə istifadəçi sayını əhəmiyyətli dərəcədə artırıb. Şirkətin qazandığı pullarda da artım var.

Məlumata görə, Spotify-ın aktiv istifadəçilərinin sayı 23 faiz artaraq 602 milyona çatıb. Gözləntiləri üstələyən şirkətin ikinci ən yaxşı rübünü keçirdiyi bildirildi. Spotify-ın aylıq ödəniş edən abunəçilərinin sayının 236 milyona çatdığı açıqlanıb. 

Ümumi gəliri hər il 16% artaraq 3,7 milyard avroya çatan şirkətin ümumi gəliri 26,7% ilə tamamlandı.
  • Ümumi gəlir: 3,7 milyard avro (+16%)

  • Ümumi marja: 26,7 faizlə tamamlandı.

  • Abunəçilərin sayı: 236 milyon (+15%) 205 milyon

  • İstifadəçilərin ümumi sayı: 602 milyon (+23%) 489 milyon

Günel Məlikzadə
Fins.az