MARKETİNQ

07 Fevral

Meta-dan süni intellekt qərarı

Meta, istifadəçilərin Facebook, Instagram və Threads-də paylaşdığı digər şirkətlərin süni intellekt (AI) alətləri ilə yaradılmış şəkilləri etiketləyəcəyini bildirdi.

Fins.az xəbər verir ki, Meta tərəfindən edilən açıqlamada istifadəçilərin gördükləri məzmunun süni intellektlə yaradılıb-yaradılmadığını bilmələrinin vacibliyi vurğulanıb.

Açıqlamada şirkətin sosial media platformalarında Meta AI xüsusiyyətindən istifadə edilərək yaradılan real görüntülərin "AI ilə təsəvvür edilir" etiketi ilə işarələndiyi, lakin bunun digər istifadəçilərlə yaradılan məzmuna da edilməsinin nəzərdə tutulduğu ifadə edildi.

Məzmunların süni intellektdən istifadə edilərək yaradıldığını ifadə edən ümumi texniki standartlara uyğunlaşmaq üçün sənaye tərəfdaşları ilə çalışdıqlarına diqqət çəkilərək, "Bunları aşkarlaya bilmək, istifadəçilərin süni intellektin köməyi ilə yaratdığı şəkilləri Facebook, Instagram və Threads-də paylaşdıqlarında etiketləməyə imkan verəcək"

Açıqlamada bu xüsusiyyətin artıq hazırlandığı və etiketlərin yaxın aylarda tətbiqlər tərəfindən dəstəklənən bütün dillərdə tətbiq olunmağa başlanacağı bildirilib.

Dünyada mühüm seçkilərin yaxınlaşdığına diqqət çəkən bəyanatda, “Bu müddət ərzində insanların süni intellekt məzmununu necə yaratdıqları və paylaşdıqları, insanların hansı şəffaflığın ən dəyərli olduğunu gördükləri və bu texnologiyaların necə inkişaf etdiyi haqqında daha çox şey öyrənməyi gözləyirik" deyə qeyd olunub.

Günel Məlikzadə
Fins.az