MARKETİNQ

06 Fevral

Snap işçilərinin 10%-ni ixtisar edəcək

ABŞ-ın sosial media şirkəti Snap qlobal işçi qüvvəsini 10 faiz azaltmaq planını açıqlayıb. İşdən çıxarılmaların şirkətin 500-dən çox əməkdaşına təsir edəcəyi təxmin edilirdi.

Fins.az xəbər verir ki, Snap-ın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına göndərdiyi bildirişdə, şirkətin yüksək prioritetləri istiqamətində ən yaxşı mövqedə tutmaq və zamanla böyüməni dəstəkləmək üçün komandanın yenidən qurulması qərarının verildiyi bildirilib.

Bu çərçivədə şirkətin qlobal tam zamanlı işçi sayının təxminən 10% azalacağı qeyd edildi.

Bildirişdə, 45-55 milyon dollarının nağd olması gözlənilən işdən çıxma müavinəti və bununla bağlı xərclərə görə 55-75 milyon dollar arası xərcin çıxacağı, xərclərin böyük hissəsinin isə 2012-ci ildə baş verəcəyi qeyd edilib. 

Günel Məlikzadə
Fins.az