MARKETİNQ

01 Fevral

Google-dan böyük təmiz enerji sərmayəsi!

Google texnologiya ilə yanaşı, təmiz enerjiyə də önəm verir. Şirkət Hollandiyadakı məlumat mərkəzlərindən çirklənməni azaltmaq üçün indiyə qədər ən böyük dəniz külək müqaviləsini elan etdi. 

Fins.az xəbər verir ki, Google Hollandiya sahillərində iki yeni külək stansiyaları üçün elektrik enerjisi alqı-satqı müqavilələri imzalayıb. Bu müqavilə çox vacibdir. Çünki bu müqavilə Google-un Avropadakı məlumat mərkəzləri üçün dəniz külək enerjisi alması üçün ən böyük müqavilədir. Google bu müqavilə ilə şəbəkəyə 700 meqavattdan çox təmiz enerji tutumu əlavə edəcəyini açıqladı.

Əslində, bu müqavilə ilə Google 2030-cu ilə qədər bütün məlumat mərkəzinin elektrik istehlakını 24/7 təmiz enerji istehsalı ilə uyğunlaşdırmağı planlaşdırır. Bunun üçün şirkət hətta elektrik şəbəkələrindən keçən dəniz küləyindən də istifadə edəcək. Beləliklə, daha çox bərpa olunan enerji əldə etməyə kömək edəcək.

Google bildirir ki, bu il Hollandiyadakı məlumat mərkəzləri təmiz enerjinin 90%-nə çata bilər. Bundan əlavə, Google təkcə Hollandiya ilə kifayətlənmir. Lakin İtaliya Polşa və Belçikadakı elektrik stansiyalarından faydalanmaq üçün müqavilələr bağladı.

Təbii ki, unutmamalı olduğumuz bir detal var. Google-un təmiz enerji planları karbonsuz enerji alışları ilə yalnız elektrik istifadəsini uyğunlaşdırmaqdır. Beləliklə, məlumat mərkəzləri yalnız bərpa olunan enerji ilə işləmir. Çünki bu bərpa olunan enerji Hollandiyanın elektrik enerjisi istehsalının təxminən 40%-ni təşkil edir.

Əslində, texnologiya şirkətləri bərpa olunan enerji ilə işləmir. Texnologiya şirkətləri təmiz enerji mənbələrinə investisiyaları haqqında danışarkən, Bərpa Olunan Enerji Sertifikatı və ya REC-lər üçün etdikləri ödənişləri nəzərdə tuturlar. Bərpa olunan enerji generatoru külək ferması tərəfindən istehsal olunan hər meqavat-saat elektrik üçün REC satır. Bu gəlir mənbəyi sayəsində yeni təmiz enerji layihələrinin inkişafı dəstəklənəcək.

Günel Məlikzadə
Fins.az