MARKETİNQ

20 İyul

Legion Y34w adlı yeni gaming monitor Çin bazarında satışa çıxacaq

Lenovo şirkəti Legion brendi altında yeni Legion Y34w gaming monitorunu təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym mini-LED ekran ilə təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir, DisplayHDR1000 sertifikatını özündə birləşdirir və  AMD Freesync Premium Pro texnologiyası ilə 10 bit-lik rəngi dəstəkləyir.

Legion Y34w bir neçə USB Type-C girişinə, HDMI 2.1 və DisplayPort 1.4 girişlərinə sahibdir. Monitor iyulun 29-da Çin bazarında satışa çıxacaq və 420$-a satılacaq. Onun digər regionlarda satılıb-satılmayacağı hələ məlum deyil.