MARKETİNQ

19 İyul

“WhatsApp”da yenilik

“WhatsApp” naməlum nömrələrlə əlaqəni asanlaşdıran yeni funksiyanı işə salıb.

Fins.az xəbər verir ki, yeni funksiya ilə əlaqə nömrələrini əvvəlcədən telefon kitabçasında yadda saxlamaq ehtiyacı aradan qaldırılıb.

Belə ki, istifadəçilər naməlum nömrəyə mesaj göndərmək üçün telefon nömrələrini axtararaq, siyahıda qeyd olunmamış şəxslərlə söhbətə başlaya biləcək. Bu yenilikdən “iOS” və “Android” əməliyyat sistemli telefon istifadəçiləri yararlanacaq. Funksiya ən son versiyada mövcuddur.

“WhatsApp” nömrəsini qeyd etmədən necə mesaj göndərmək olar?

1) “WhatsApp”ı açın.

2) "Yeni söhbətə başla" düyməsini sıxın.

3) "Axtarış çubuğu"na mesajlaşdığınız şəxsin nömrəsini daxil edin.

4) “WhatsApp” əlaqələrinizin xaricində axtarış edəcək.

5) Əgər şəxs “WhatsApp”dan istifadə edirsə, söhbət pəncərəsi açılacaq.

©Trend