MARKETİNQ

18 İyul

Apple yeni iPad Air modelini 2024-cü ildə təqdim edəcək

Apple keçən il 5-ci nəsil iPad Air planşetinin təqdim etmişdi.

Fins.az xəbər verir ki, "Bloomberg" saytının məşhur insayderi Mark Gurman-ın verdiyi məlumata əsasən isə şirkət hal hazırda növbəti nəsil iPad Air üzərində çalışır.

İnsayder bildirib ki, 6-cı nəsil iPad Air planşetini bu il ərzində gözləmək lazım deyil. Əgər hər şey plan üzrə getsə Apple yeni iPad Air modelini 2024-cü ildə təqdim edəcək.

Planşetinin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur.