MARKETİNQ

17 İyul

Fourier GR-1 adlı robot təqdim edilib

Çinin Fourier Intelligence şirkəti insana bənzər Fourier GR-1 adlı robotu təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu ilin sonuna kimi bu robotdan 100 ədədini istehsal etməyi planlaşdırır.

Fourier GR-1 layihəsinə 2019-cu ildə start verilib. Şirkət mühəndisləri sözügerdən robotu universal robot hesab edirlər. Robot öz növbəsində xəstə baxımında və fizioterapiyada yardımçı ola bilər. Robotun gövdəsində olan bənövşəyi tutacaqlar məhz xəstə insanların onlardan tutunmaları üçün nəzərdə tutulub.