MARKETİNQ

17 İyul

Samsung Galaxy Tab S9 FE Plus planşeti üzərində çalışır

Samsung Galaxy Tab S9 FE planşeti üzərində də çalışır və o, ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim edilməlidir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Galaxy Tab S9 FE-nin render fotoları da ortaya çıxıb.

Söhbət, Galaxy Tab S9 FE Plus planşetindən gedir. OnLeaks ləqəbli məşhur insayder hazırlanan bu planşet modelinin keyfiyyətli render fotolarını və bəzi texniki göstəriciləri barəsində məlumatları təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, adi Galaxy Tab S9 FE kimi Galaxy Tab S9 FE Plus da xarici görünüşcə adi Galaxy Tab S9-a bənzəyəcək.