MARKETİNQ

17 İyul

Lenovo Tab M10 5G təqdim edilib

Lenovo şirkəti Tab M10 5G adlı yeni planşetini təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, planşet 2000x1200 piksel keyfiyyətli 10.61 düym LCD ekran ilə təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet Snapdragon 695 prosessoru vasitəsilə çalışır və özündə 4/6 GB RAM-ı, 128 GB yaddaş həcmini və 7700 mAh enerji tutumlu batareyanı birləşdirir.

Qeyd edək ki, satış qiyməti Lenovo Tab M10 5G modelinin 4/128 GB versiyası 304 dollardır.

Zəminə Hüseyn
Fins.az