MARKETİNQ

15 İyul

Galaxy S24 seriyasının yeni batareya özəlliyi

İstifadəçilər tərəfindən böyük maraqla gözlənilən Galaxy S24 seriyasının daha bir xüsusiyyəti bəlli olub.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Galaxy S24+ və S24 Ultra yeni batareya texnologiyası ilə gəlir.

Galaxy S24+ və S24 Ultra-nın yığılmış batareya texnologiyasına keçəcəyini bildirib.Bu yenilik 65W-a qədər enerji doldurmağa imkan verəcək.

Bundan əlavə, flaqman Galaxy S24 Ultra daha yüksək doldurma sürətinə imkan verən əlavə soyutma dəstəyi ilə gələcək. Hər iki telefon 5000 mAh batareya paketi ilə müşayiət olunacaq.

Zəminə Hüseyn
Fins.az