MARKETİNQ

14 İyul

Google Bard çat-botunun yeni funksiyaları

Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunun yeni imkanları barəsində məlumat verib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki. çat-bot öz cavablarını səsləndirməyi və fotoları sorğular rolunda qəbul etməyi öyrənib.

Çat-bot o cümlədən 43 yeni dil dəstəyini əldə edib. Dəstəkləri əlavə edilmiş yeni dillər arasında ərəb, ispan, çin, alman və hindi kimi dillər var. Google Bard Avropa və Braziliyada da istifadəyə verilib.