MARKETİNQ

14 İyul

iOS 17 ilk ictimai beta versiyası istifadəyə verilib

 Apple şirkəti iOS 17-nin ilk ictimai beta versiyası ilə yanaşı həmçinin Apple Watch smart saatları üçün nəzərdə tutulmuş watchOS 10 əməliyyat sisteminin də ilk ictimai beta versiyasını istifadəyə verib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yeni əməliyyat sisteminin beta versiyasını Apple Watch Series 4 və ondan sonra satışa çıxmış smart saat modelləri dəstəkləyirlər.

Beta versiyadan Apple şirkətinin beta test proqramında qeydiyyatdan keçmiş Apple Watch istifadəçiləri yararlana bilərlər.