MARKETİNQ

15 İyul

LiFi: Wi-Fi-dan 100 dəfə daha sürətli

 Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutu (IEEE) adlı qeyri-kommersiya assosiasiyası məlumatların optik üsul (işıq vasitəsilə) ilə ötürülməsi əsasında çalışan yeni naqilsiz şəbəkə standartını qəbul edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Li-Fi sistemi məlumatları radio dalğalar vasitəsilə ötürmür.

Bunun yerinə sözügedən sistem optik diapazonda adi işıq diodu lampasının iştirakı ilə əmələ gələn sayrışan işıqların köməkliyi ilə ikili kodlar yaradaraq məlumatları ötürə bilir. Bununla belə istifadəçi sayrışan işıqları ümumiyyətlə görməyəcək.

Bu cür işıqlar 60 Hz-dən yuxarı diapazonda təmin olunurlar və onlar insan gözləri tərəfindən görünmürlər. Məlumatda qeyd edilib ki, Wi-Fi-dan fərqli olaraq Li-Fi-da məlumatların ötürülməsi sürəti 100 dəfə yüksəkdir və saniyədə 224 GB təşkil edə bilər.

Wi-Fi və 5G-dən fərqli olaraq bu cür yeni naqilsiz şəbəkə daha sürətli, etibarlı və təhlükəsiz qoşulmanı təmin edəcək. Bu texnologiya üzərində çalışan pureLiFi, Fraunhofer HHI və Philips kimi şirkətlər Li-Fi təchizatını ofis və evlərdə olan adi işıqlandırma sistemlərinə inteqrasiya etməyi bacarıblar.