MARKETİNQ

16 İyul

BMW \"ConnectedRide\" adlı smart eynəyini satışa çıxarıb

BMW şirkəti motosiklet sürücüləri üçün nəzərdə tutulmuş ConnectedRide adlı smart eynəyin satışlarına start verib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, magistral yollarda hərəkət edən motosikletçilər üçün gözlərini yoldan ayırmadan vacib məlumatlara daxil ola bilmələri vacibdir.

Bununla yanaşı "ConnectedRide" sürücünün gözlərini Günəş işığından qoruyur.

Smart eynək bir ədəd aktiv linzaya sahibdir və həmin linza eynəyin sağ göz hissəsində yerləşir. Smartfona Bluetooth vasitəsilə qoşulandan sonra aktiv linzada spidometr göstəriciləri, naviqasiya işarələri və müvafiq yolda sürət limiti əks olunurlar. Smart eynəyin linzası həmçinin smartfondakı bəzi məlumatları da əks etdirə bilir.

BMW "ConnectRide" adlı eynək Avropada 690 avroya satılır.

Zəminə Hüseyn
Fins.az