MARKETİNQ

12 İyul

“WhatsApp”da yeni funksiya

“WhatsApp” icma üzvləri üçün telefon nömrələrini digər üzvlərdən gizlətməyə imkan verəcək yeni məxfilik funksiyasını sınaqdan keçirir.

Fins.az-ın məlumatına görə, yeni funksiya “WhatsApp” icmalarında məxfilik problemlərini həll etmək məqsədi daşıyır. "Telefon nömrəsinin məxfiliyi" sayəsində izdihamlı icmalarda anonim qalmaq mümkün olacaq.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

©Trend