MARKETİNQ

12 İyul

Apple Watch-dan yenilik

ABŞ-ın Patentlər və Əmtəə Nişanları İdarəsində Apple şirkətinin yeni patent sorğusu ortaya çıxıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Apple Watch-un və ya onun komponentlərinin istifadəçinin sinə və ya ayaq nahiyəsinə bərkidilıməsi üçün nəzərdə tutulmuş xüsusi band üzərində çalışır.

Patentləşdirilmiş band adi yara bandını xatırladır. Smart saatın gövdəsi ilə birləşmək üçün band xüsusi interfeysə sahibdir. Apple şirkətinin bu orijinal aksesuarının nə zaman satışa çıxacağı bilinmir.