MARKETİNQ

12 İyul

Apple Vision Pro gözlənildiyindən daha ağırdır

Apple şirkətinin Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ilkin test nəticələri barəsində məlumat təqdim edilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkətin ilk MR cihazı bir sıra mənfi özəlliklərə sahibdir.

MR cihazı test etmiş şəxslər qeyd edib ki, Vision Pro gözlənildiyindən daha ağırdır. Testlərdə iştirak etmiş bəzi şəxslər ondan hətta 30 dəqiqə ərzində də istifadə edə bilməyiblər.

Bu problemi aradan qaldırmaq üçün Apple əlavə kəməri satışa çıxartmağı planlaşdırır. Əlavə kəmər başın arxa hissəsinin bir qədər yuxarısında yerləşmək üçün nəzərdə tutulub. Lakin şirkət əlavə kəmərin dizaynını hələ dəqiqləşdirməyib.