MARKETİNQ

11 İyul

Las Veqasda yeni 2,3 milyard dollarlıq sferik formada ekran inşa edilib

Las-Veqasda MSG Sphere adlı konsert zalının inşası artıq tamamlanmaq üzrədir. Bu, dünyanın ən böyük sferik tikintisi və ekranı hesab edilir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, konsert zalının xarici hissəsi çoxlu sayda işıq diodundan təşkil edilmiş ekrandır.

Konsert zalının daxilində isə dünyanın yüksək keyfiyyətli ən böyük əyilmiş LED ekranı yerləşir. Bu tikinti 111.5 metr hündürlüyə və 157.3 metr enə sahibdir. Tikintinin səthini xokkey şaybası ölçüsündə olan 1.2 milyon ədəd işıq diodu bloku əhatə edir.

Hər bir blokun daxilində isə 256 rəngi əks etdirən 48 ədəd işıq diodu yerləşir. Bütün bunların sayəsində formalaşan nəhəng ekran dinamik təsvirləri əks etdirə bilir.

Konsert zalının açılışından sonra xarici ekran hər axşam müxtəlif şouları sərgiləyəcək. Sözügedən tikintikinin inşasına 2.3 milyard dollar vəsait xərclənib.