MARKETİNQ

10 İyul

Threads 70 milyon istifadəçiyə çatıb

Meta şirkətinin baş direktoru Mark Zukerberq Threads hesabından platformaya qoşulan insanların sayı ilə bağlı son məlumatları paylaşıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Threads-in bu günədək abunəçi sayı 70 milyona çatıb.

Bildirilib ki, Threads istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin Instagram hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından müsbət təsirli olub.

Zəminə Hüseyn
Fins.az