MARKETİNQ

06 İyul

MicroLED ekranlı Apple Watch Ultra 2026-cı ilə təxirə salınıb

Apple-ın bir müddətdir MicroLED displeyli Apple Watch Ultra modeli üzərində çalışdığı deyilir.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki. modelin 2025-ci ildə təqdim ediləcəyi gözlənilirdi. Lakin bu tarix gecikə bilər.

TrendForce araşdırma şirkəti MicroLED displeyli Apple Watch Ultra-nın 2026-cı ilə təxirə salındığını bildirir.

Xatırladaq ki, ötən ilin aprelində ekran analitiki Ross Young MicroLED displeyli Apple Watch Ultra-nın ən tez 2025-ci ilin ikinci yarısında buraxılacağını təklif etmişdi. Trendforce yeni paylaşdığı hesabatda Apple-ın kütləvi istehsaldan əvvəl yüksək qiymət kimi problemlərlə üzləşdiyini açıqlayıb.

Bu kontekstdə Trendforce, Apple Watch Ultra-nın ikinci dəfə gecikdiyini və 2026-cı ilin birinci rübündən əvvəl təqdim olunmayacağını bildirdi. Beləliklə, istifadəçilər bir müddət gözləməli olacaqlar.

Zəminə Hüseyn
Fins.az