İDMAN

16 Oktyabr

Vadim Abdullayev Slovakiya ilə matçı unutmayacaq

Azərbaycan milli komandasında yeni debüt baş tutub.

Fins.az xəbər verir ki, Vadim Abdullayev Millətlər Liqasının IV turunda Slovakiya ilə keçirilən ev oyununda (1:3) ilk dəfə milli formanı geyinib. 29 yaşlı yarımmüdafiəçi matçın son dəqiqələrində meydana daxil olub.

Abdullayev bu debütu ilə milli komandamızın tarixində forma geyinən 269-cu futbolçu olub. İndiyədək keçirilən 302 oyunda 268 oyunçuya şans verilib.

Bu çıxış, həmçinin, baş məşqçi Fernandu Santuşun rəhbərliyi dövründəki ilk debüt olub. Portuqaliyalı mütəxəssis əvvəlki üç oyunda yeni oyunçulara şans verməmişdi.

Sonuncu debüt isə 7 ay əvvəl, 22 mart tarixində Monqolustana qarşı keçirilən oyunda baş tutmuşdu. Həmin vaxt Rza Cəfərov 267-ci, Emil Mustafayev isə 268-ci futbolçu olaraq millidə forma geyinmişdi.

Qeyd edək ki, Slovakiya ilə oyunda ehtiyatda qalan Aydın Bayramov və Zamiq Əliyev də debüt üçün fürsət gözləyirlər.

Zemfira Ms
Fins.az