İDMAN

05 Fevral

Qalatasaray böyük gəlirin arxasındadır: daha 35 milyon avro

Sacha Boeyi "Bavariya", Sedrik Bakambunu "Real Betis"ə satan "Qalatasaray" bu transferlərdən 35 milyon avro qazanaraq xəzinəsini doldurub.

Fins.az xəbər verir ki, Sarı-qırmızılı klub hələlik yerli futbolçuları üçün gələn təklifləri nəzərə almayıb və transfer üçün mövsümün bitməsinə işarə edib.

"Qalatasaray" Rəhbərliyi Kerem Aktürkoğlu, Abdülkerim Bardakcı və Barış Alper Yılmaz kimi ulduzlarının AVRO 2024-dəki çıxışı ilə dəyərini artıracağını düşünərək bu futbolçulardan ən azı 35 milyon avro transfer gəliri əldə etməyi planlaşdırır.

Hollandiya nəhəngi "Ayaks"ın uzun müddətdir Kərəmi izlədiyi, İtaliya klublarının, xüsusilə "Latsio"nun Barış Alperlə maraqlandığı iddia edilib.

Abdülkerim Rusiya təmsilçisi Zenitdən sonra bir çox xarici komandanın transfer siyahısındadır.

Günel Məlikzadə
Fins.az