İDMAN

02 Fevral

Podolski "Qalatasaray"ın növbəti astronomik transfer satışını proqnozlaşdırıb

Türkiyədə "Qalatasaray" və "Antalyaspor"da da çıxış edən Lukas Podolski "Fanatik"ə gündəmlə bağlı danışıb.

Fins.az xəbər verir ki, çempionluq yarışına toxunan Poldi Sacha Boey transferi və Arda Gülər ​​haqqında da açıqlamalar verib.

Çempionluq yarışında Qalatasarayı daha üstün görən Podolski, "Qalatasaray qərar verici olacaq. Qalatasarayın son bir neçə ildəki strategiyasına baxdıqda, Fənərbaxçadan çox daha ağıllı idarə olunur, çaxnaşma yoxdur və ortada daha sakit mühitdir” dedi.

Sacha Boey transferi ilə bağlı açıqlama verən təcrübəli futbolçu "Boey "Bavariya"ya 30 milyon avroya getdi. Onu cəmi 1 milyon avroya aldılar" dedi. 

Podolski, "Qalatasaray"ın Boeydən sonra yüksək qiymətə sata biləcəyi adın Kerem Aktürkoğlu olduğunu irəli sürdü.

Arda Gülərin böyük istedad olduğunu qeyd edən Poldi, milli futbolçunun oyuna az qaldığını vurğulayaraq bunları deyib:

"Bu prosesdə onun başqa komandaya icarəyə verilməsi məntiqli ola bilər. Toni Kroosu xatırlayın; o, 19 yaşında Leverkuzenə icarəyə verildi və sonra çox güclü şəkildə Bayern Münhenə qayıtdı".

Günel Məlikzadə
Fins.az