İDMAN

02 Fevral

Premyer Liqadan \"Qalatasaray\"a keçən braziliyalı hücumçu

Sedrik Bakambunun transferi üçün İspaniyanın La Liqa təmsilçisi "Real Betis"lə anlaşan " Qalatasaray" Premyer Liqada yeni hücumçusunu tapıb.

Fins.az xəbər verir ki, Sarı-qırmızılar Bakambunun gedişindən sonra hücumu gücləndirməyə hazırlaşır.

Premyer Liqa təmsilçisi "Fulhem"dən Karlos Vinisiusun icarəyə götürülməsində böyük irəliləyiş əldə olunub.

Bu mövsüm "Fulhem"in heyətində 16 matçda iştirak edən Karlos Vinisius 3 dəfə fərqlənib.

2022/23 mövsümündə "Benfika"dan "Fulhem"ə transfer olunan braziliyalı hücumçu daha əvvəl karyerasında PSV, Tottenham, Napoli, Monako, Rio Ave, Anapolis və Caldense klublarında çıxış edib.

Sol cinah müdafiəçisinin "Qalatasaray"a transferi üçün danışıqlar davam edir.

Sarı-qırmızılılar "Reyncers"dən Rıdvan Yılmaz və Fatih Karagümrükdən Levent Mercan üçün danışıqları davam etdirir.

Bu mövsüm "Reyncers"də 17 matçda forma geyinən Rıdvan Yılmaz 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Fatih Karagümrükdə Levent Mercan 24 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib.

"Sarı-qırmızılar" "Nothingham Forest"dən Serj Aurier üçün anlaşıb. Lakin ödəniş planı ilə bağlı mübahisə səbəbindən bu köçürmə dayandırılıb.

“Qalatasaray” problemin həll oluna bilməyəcəyi təqdirdə alternativ adlara müraciət edib.

Rəhbərlik "Nitsa"da çıxış edən Youssef Atal üçün rəsmi təşəbbüslərə başlayıb .

Türkiyədə qış transfer pəncərəsi fevralın 9-da başa çatsa da, Avropada yarışacaq komandalar siyahılarını bu gecə yarısına qədər UEFA-ya təqdim etməlidirlər.

Günel Məlikzadə
Fins.az