İDMAN

01 Fevral

Azərbaycan Kubokunun 1/4 finalında məhsuldarlıq rekordu qeydə alınıb

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qapılara 18 qol vurulub.

Fins.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” “Sabah”ı 7:1, “Neftçi” “Sumqayıt”ı 3:2, “Zirə” “Səbail”i 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” isə “Qəbələ” ilə heç-heçəyə imza atıb – 1:1.

1/4 finalın dörd matçındakı qol sayında yarış tarixinin yeni rekordu qeydə alınıb. Bunadək rekord 17 qolun vurulduğu 2006-2007-ci illər mövsümünə məxsus idi. Həmin vaxt 1/4 finalın ilk görüşləri məhsuldar alınıb.