İngiltərənin "Sauthempton" komandasının yeni baş məşqçisi bəlli olub.
Fins.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Premyer Liqa təmsilçisi Neytan Consa tapşırılıb. 49 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalanacaq və o, tezliklə ictimaiyyətə təqdim olunacaq.
Neytan Cons bu postda noyabrın 7-də istefaya göndərilmiş Ralf Hazenhyuttli əvəzləyəcək.