"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.
Fins.az-ın Avropa futbol qurumunun saytına istinadən məlumatına görə, "köhlən atlar" avrokubokların qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.
Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib. Məhz bu nəticə "Qarabağ"ın reytinqdə irəliləməsinə səbəb olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə 61 - 63-cü yerləri bölüşür.
Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.