İDMAN

31 Oktyabr

Həm Çempionlar Liqası, həm də Libertadores Kubokunu qazanmış futbolçuların sayı 12-yə çatıb

Braziliyalı futbolçu David Luis həm UEFA Çempionlar Liqasını, həm də Libertadores Kubokunu qazanan 12-ci oyunçu olub.

Fins.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi son olaraq Braziliya təmsilçisi "Flamenqo"nun heyətində Cənubi Amerikanın ən yaxşı klub turnirini qazanıb.

Komanda finalda ölkənin digər klubu "Atletiko Paranaense"ni məğlubiyyətə uğradıb - 1:0.

Çempionlar Liqası və Libertadores Kubokunu qazananların hamısı Braziliya (9) və Argentinadandır (3).

Siyahıya yalnız bu turnirlərdə ən azı bir dəfə meydana çıxanlar daxil edilib. 2002-ci ildə İspaniya "Real Madrid"i ilə Avropadakı yarışın qalibi olan Santyaqo Solari 1996-cı ildə Argentina "River Pleyt"inin oyunçusu olsa da, Libertadores Kubokunda iştirak etməyib.

2003-cü ildə Argentina "Boka Xuniors"u ilə Cənubi Amerikada titula sahib çıxan Villi Kabalyero da 2020/2021 mövsümündə İngiltərə "Çelsi"sinin heyətində qitənin bir nömrəli klub yarışında meydana çıxmayıb.

  Oyunçu Ölkə Çempionlar Liqası Libertadores Kuboku
         
1 Xuan Pablo Sorin Argentina "Yuventus" 1996 "River Pleyt" 1996
2 Dida Braziliya "Milan" 2003, 2007 "Kruzeyro" 1997
3 Roke Junior Braziliya "Milan" 2003 "Palmeyras" 1999
4 Kafu Braziliya "Milan" 2007 "San Paulu" 1992, 1993
5 Karlos Teves Argentina "Mançester Yunayted 2008 "Boka Xuniors" 2003
6 Valter Samuel Argentina "İnter" 2010 "Boka Xuniors" 2000
7 Ronaldinyo Braziliya "Barselona" 2006 "Atletiko Mineyro" 2013
8 Neymar Braziliya "Barselona" 2015 "Santos" 2011
9 Danilo Braziliya "Real Madrid" 2016, 2017 "Santos" 2011
10 Rafinya Braziliya "Bavariya 2013 "Flamenqo" 2019
11 Ramires Braziliya "Çelsi" 2012 "Palmeyras" 2020
12 David Luis Braziliya "Çelsi" 2012 "Flamenqo" 2022