İDMAN

31 Oktyabr

Almaniya klubu "Qarabağ"a qarşı oyun öncəsi qalib gəldi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 12-ci tur oyununa çıxıb.

Fins.az xəbər verir ki, komanda "Şalke"nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Şalke" - "Frayburq" - 0:2
Qollar: Qrifo, 45+1, 61-pen

Bu qələbə ilə xalını 24-ə yüksəldən "Frayburq" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 26 xalla "Union" başçılıq edir. "Bavariya" 25 xalla 2-cidir.

Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrupunun ilk oyununda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında noyabrın 3-ü Bakıda keçiriləcək ikinci matç saat 21:45-də başlayacaq.