Rusiyalı qrosmeyster Yan Nepomnyaşşi İslandiyada keçirilən Fişer şahmatı üzrə dünya çempionatının finalında amerikalı Hikaru Nakamuraya qalib gəlib.
Fins/az xəbər verir ki, dörd oyundan ibarət olan finalda rəqiblər iki dəfə heç-heçə edib, bir-birlərinə bir oyun fərqi ilə qalib gəliblər.
Həlledici qarşılaşmanın taleyi ağ fiqurlarla oynayan Nakamuranın daha güclü olduğu armagedonda həll olunub.
Qeyd edək ki, Fişer şahmatı partiya başlamazdan öncə fiqurların ixtiyari (lakin simmetrik) düzülüşündən ibarət klassik şahmatdır. Bu variantı şahmat üzrə 11-ci dünya çempionu amerikalı Robert Fişer tətbiq edib.
Mənbə: Chess.com