İDMAN

30 Oktyabr

Rusiyalı olimpiya çempionunun medalı əlindən alınıb

Rusiyalı atlet Natalya Antyuxun London-2012 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal əlindən alınıb.

Fins.az Dopinqlə Mübarizə üzrə Müstəqil Təşkilatın (AIU) rəsmi saytına istinadən xəbər verir ki, buna 41 yaşlı veteran idmançının dopinqdən istifadə etməsi səbəb olub.

Qanında qadağan olunmuş maddə aşkarlanan atletin 2012-ci il iyulun 15-dən 2013-cü il iyunun 29-dək olan müddətdə göstərdiyi bütün nəticələr ləğv edilib.

Qeyd edək ki, Natalya Antyux 400 metr məsafəyə maneələrlə qaçışda olimpiya çempionu olub.