AFFA İntizam Komitəsi "Zirə-2" komandasına texniki məğlubiyət verib.
Fins.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin "Mingəçevir"ə qarşı I Divizionunun VIII tur oyununda əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozması səbəb olub.
"Qartallar" buna görə 400 manat məbləğində cərimələnib.
Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə” əlavə 80 manat ödəcəyək. Həmin iclasa nəzarət buraxılış xidməti nümayəndəsi gecikdiyi üçün isə "qartallar" 40 manat ziyana düşüb.
"İmişli" komandasına isə "Zaqatala"ya qarşı ev oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə xəbərdarlıq edilib. Qərar verilərkən, klubun əməli ilk dəfə törətməsi nəzərə alınıb.