Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxıb.
Fins.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov adını finala yazdırıb.
O, həlledici görüşdə digər yarımfinal matçında norveçli dünya çempionu Maqnus Karlsenə 3:1 hesabı ilə qalib gələn polşalı Yan Kşiştof-Duda ilə münasibətlərinə aydınlıq gətirəcək.